atalar suzuElm, bilik və ağıl haqqında
یازار : ay han

Elm, bilik və ağıl haqqında
- Abdaldan paşa olmaz, taxtadan - maşa.
- Ağac bar verəndə başın aşağı dikər.
- Ağıl ağıldan üstün olar.
- Ağıl yaşda olmaz, başda olar.
- Ağıllı baş hər şeydən mənfəət götürər.
- Ağıllı qəm yeyər, ağılsız qamçı.
- Ağıllı fikir edincə, dəli Kürdən keçər.
- Bacarıq ağılın nişanəsidir.
- Baxmaqla öyrənmək olsa, it də qəssab olar.
- Başı daşa dəyməyincə ağlı başına gəlməz.
- Bilmədiyini biləndən sor.
- Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
- Elm ağılın çırağıdır.
- Elmin gücü, Yıxar bürcü.
- Ədəb bazarda satılmaz...
- Göz görmək üçün, ağıl bilmək üçün.
- Həcdən gələn mən, Məkkədən xəbər verən sən ?
- Hər oxuyan Molla Pənah olmaz.
- Qafil yaşamaqdan ölmək yaxşıdır.
- Qələm qılıncdan itidir.
- Qələm əyri yonulsa da düz yazar.
- Qələmin ucu, qılıncın gücü.
- Qələm yazanı qılınc poza bilməz.
- Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
- Məkkəyə gedən dəvə hacı olmaz.
- Savadsız adam kor kimidir.
- Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".