Türk dilinin tarixi

یازار : ay han

+0 به یه ن

تاريخ زبان توركي




 

Azərbaycan dilinin tarixi ümumilikdə türk dili tarixinin bir hissəsi olduğundan onun keçmişi haqqında tam məlumat almaq üçün türk dilinin tarixinə diqqət yetirmək lazımdır.
Son dövrün araşdırmalarına görə, türklər və türk boyları haqqında məlumatlara e.ə. III-II minilliyin qaynaqlarında rast gəlinir. Ancaq bəzi arxeoloji və paleontoloji bilgilərə görə, türklər e.ə. IX-VIII əsrlərdə artıq tarix səhnəsinə çıxmışdılar. Tarixə dəyişik boy, qəbilə, soy adları ilə çıxan, eyni kökə bağlı, dil, din, irq və mədəni birliyini qoruyan bu etnos təbii ki, türk adını da çox qədimdən bəri yaşatmaqdadır. Tam dəqiq olan budur ki, türk adını daşıyan bu etnos V-VIII əsrlərdə müasir Monqolustan ərazisində Göytürk xaqanlığını qurmuşlar. Mərkəzi Monqolustanda olan Göytürk xaqanlığı qərb tərəfdən Orta Asiyanı birləşdirən, sərhədləri Qara dənizə qədər uzanan böyük xaqanlıq olmuşdur.  
Türklərə aid tarixi faktlardan biri də budur ki, onlar daha çox birləşdirici və hakim funksiyasını yerinə yetirən xalqın adı ilə tanınmışlar. Məsəslən, Kimmer, Kemer (Qəmər) boyunun hakimiyyəti ələ  almasıyla Kimmer dövləti, iskitlərin Kimmerləri sıxışdırıb Qara dəniz bölgəsinə çıxartması ilə dövlət İskit-Sarmat dövləti olaraq tanınmağa başlamışdır. Hun dövlətini quran sülalə də həm dövlətə, həm də millətə öz adını vermişdir. Göytürkləri süquta yetirən uyğurlar da bu yolla gedərək Türk adının yerinə öz soy adlarına üstünlük vermişdirlər. Məhz bunun nəticəsində Türk dövlətçiliyi açıq şəkildə Avropa, Çin, İran dövlətçiliyindən fərqlənmişdir. Fərqli sülalələrin Hun dövründə, Çin qaynaqlarında So, Se, Assur qaynaqlarında Aşğuzay, yunan xronikalarında İskit, farslarda Saka şəklində fərqli adlar almaları sanki hər birinin yeni bir xalq kimi tarix səhnəsinə çıxmasına səbəb olmuşdur. 
Türk tarixi ilə bağlı son dövr tədqiqatlarda türk adının çox qədim olduğu bildirilir. E.ə. 2000-ci ildə Akkad qaynaqlarında Urmiya gölü ətrafında yaşayan Turukilərdən bəhs edilir. Onlar Akkadlarla vuruşmuşlar və Aratta ərazisində yaşamışlar. E.ə. I əsrdə Qafqazda yaşayan və yunan qaynaqlarında turukete şəklində qeyd olunan türklərdən söhbət açılır. Göstərilir ki, onlar həm görünüşləri ilə, həm də yaşam təzinə görə farslardan və İber-Qafqaz xalqlarından seçilirlər. 
Tövratda o zamankı xalqların adlarını göstərən etnik göstəricidə (e.ə. VIII əsrdən İsanın doğumuna qədər olan dövrü əhatə edir) orta əsrlərdə Dəşti-Qıpcaq adlandırılan indiki Rusiya çöllərində yaşayan xalqlar Tokamar və ya Tokaram adlanır. İudaizmi (Musəviliyi) qəbul edən Xəzər türklərinin yuxarı təbəqəsi də Tövrata sadiq qalaraq türk adını Tokaram şəklində işlətmiş, özlərini də Tokaramoğulları adlandırmışlar. X əsrdə Xəzər xaqanı İosif yəhudi Hasday İbn Safrutun suallarına cavab verərkən xalqının Yafəsin oğlu Tokaramdan gəldiyini söyləmişdir. 
E.ə. III əsr və eramızın I-IV əsrlərinə aid gürcü və erməni qaynaqlarında Qafqazda yaşayan digər kiçik İber-Qafqaz və hind-Avropa xalqları ilə bərabər türk qövmlərindən haylantürklər, buntürklər, ayrıca olaraq varsaqlar, bulqarlar, bayındlrlar, arsakılar və b. haqda məlumatlara geniş yer verilmişdir. 
4000 illik yaşı olan türk dilinin tarixi müxtəlif yönümlərdən təsnif  edilsə də, son tədqiqatlarda aşağıdakı kimi bölünür:
1) Altay və ya prototürk dövrü
2) Ana və ya əski türkcə dövrü
3) Orta türkcə dövrü
4) Yeni türk ləhcələri və dilləri dövrü

1) Altay və ya prototürk dövrü 

E.ə 9000-ci ildən eramızın V əsrinə qədər davam  etmişdir.  Bu dövr əsasən iki dövrə ayrılır: hunlara qədərki dövr və hun dövrü. Prototürkcəyə aid yazılı abidə olmasa da, yeganə örnək İskit (Hun) hökmdarlarının (Tumen, Qyunçen, İçjise, Uvey, Xuluqu və s.) adlarıdır. Bundan başqa, prototürkcəyə aid edilmə ehtimalı olan dillər bunlardır: Etruskca, İskitcə (və ya Hunca), Şumercə, Bulqarca və s. 

2) Ana və ya əski türk dili dövrü 

Eramızın VI-X əsrlərinin əhatə edir. Əski tükcə dövrü iki qola ayrılır:

a) Orxon-Yenisey abidələrinin dilini və V-VIII əsrləri əhatə edən Göytürk dövrü.

b) VIII-X əsrləri əhatə edəb uyğur dövrü.             

Türk dili tarixinin ən çox öyrənilən və ən zəngin dil örnəkləri olan dövrü bu dövrdür. Dildə, demək olar ki, yad ünsürlərə rast gəlinmədiyindən bu dönəmi "Saf türkcə” dönəmi adlandırnaq olar. 

 

3) Orta türkcə dövrü 

XI-XVI əsrləri əhatə edir. Orta türkcə dövrününü ən önəmli hadisəsi türklərin İslam dinini qəbul etməsi və bu səbəbdən türk dilinə ərəb, fars və s. dillərdən kəlmələr keçməsidir. Orta türkcəyə daxil olan dönəmlər bunlardır:

a) Qaraxanlı dönəmi

b) Xarəzmşahlar dönəmi

c) Cağatay dönəmi

ç) Əski Anadolu türkcəsi dönəmi

d) İran ərazisində istifadə olunan oğuzca

e) Qızıl Orda, Misir və Suriyada yazı dili olan qıpcaqca

Orta türkcə dövrünün (Qaraxanlı dönəminin) ən böyük hadisəsi M. Kaşğari və onun "Divani lüğət-it türk” əsəridir. Türkologiyaya ilk fundamental töhfə olan "Divani lüğət-it türk” hələ də öz əzəmətli nüfuzunu qoruyub-saxlamaqdadır. Son məlumatlara görə, müəllif əsərini dörd dəfə düzəltdikdən sonra 1073-1074-cü illərdə tam bitirmiş və bəzi məlumatlara görə 1077-ci ildə ərəb xəlifələrindən Möhtədilə təqdim etmişdir. Ehtimal olunur ki, M.Kaşğarinin türk dilinin qrammatikasına aid başqa əsəri də olmuş ("Cəvahirun-nəhv fi lüğət-it türk”), lakin təəssüf ki, dövrümüzə qədər gəlib çatmamışdır. "Divani lüğət-it türk” əsəri ərəblərə türk dilini öyrətmək məqsədilə qələmə alınmışdır. M.Kaşğari türkcə kəlmələri daha yaxşı anlatmaq üçün  atalar sözlərinə, dördlüklərə və s. geniş yer vermişdir. Ayrıca əsərdə toponimlərin, o zaman bəlli olan türk qövmlərinin adlarının və saylarının yer alması və bunların türkcə olması əsərin ən qiymətli keyfiyyətlərindən biridir. "Divani lüğət-it türk”də XI əsr türk dilləri haqqında, demək olar ki, müfəssəl məlumat verilmişdir. Qeyd edək ki, M.Kaşğari ilk dəfə olaraq türk dillərini təsnif etmişdir. O, coğrafi və qismən də fono-morfoloji baxımdan türk dillərini şərq və qərb ləhcələrinə ayırmışdır. Şərqi türk ləhcəsinə çiğil, yağma, toxsı və uyğurlar, qərb ləhcəsinə oğuz, qıpcaq, bulqar və suvarlar daxildir. Müəllifə görə, türk ləhcələrini saf və qarışıq olmaq üzrə də təsnif etmək olar. Məsələn yağma, qırğız, qıpcaq, oğuz və s. saf türkcədir. Qarışıq olanlar fars dilinin təsirində olanlardır. Soğdi (soğdak), kancak, argu belə qarışıq ləhcələrdəndir. 

 

4) Yeni türk ləhcələri və dilləri dövrü 

XVI əsrdən günümüzə qədər olan dövrü əhatə edir. Bu dövr daha çox türk dillərinin tam diferensiallaşması, müstəqil dillər kimi özünəməxsus ədəbi dil xüsusiyyətləri qazandığı dövrdür. Eyni zamanda bu dövrün ən mühüm dil hadisələrindən biri də bəzi tayfa birliklərinin digər dil birlikləri içərisində əriməsi, qaynayıb-qarışmasıdır. Belə ki, ərəb ölkələrindəki qıpçaq tayfaları (əsasən məmlük türkləri) oğuzlarla, oğuzların bir qismi karluq-uyğur və qıpçaq tayfaları ilə eləcə də karluq oğuzlarla, qıpçaqlar da öz növbəsində karluqlarla qaynayıb qarışdılar. 

Oğuz tayfaları qədim səlcuq, qədim türkmən və qədim bulqar tayfaları əsasında bir neçə qədim və müasir dilin yaranmasında iştirak etmişdir: qədim Azərbaycan, qədim osmanlı, qədim türkmən, Azərbaycan, türk, türkmən və qaqauz dilləri.


  • [ ]

  • اهرریقره داغ - ار��بارانابزار آتا بابا سوزلری برای وبلاگ ها و سایت ها