atalar suzu - İş, əmək və sənət haqqında
یازار : ay han

İş, əmək və sənət haqqında
Y
- Yazda çalan qışda oynar.
- Yanan yerdən tüstü çıxar.
- Yeddi ayda bir qarış, bir ayda yeddi qarış.
- Yeməyə kömək, işləməyə də kömək.
- Yeməyin qulu, işləməyin xəstəsi.
- Yüyürək at özünə qamçı vurdurmaz.
- Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.
- Yorğanına bax, ayağını uzat.
K
- Kamil bağban çəkər bağın səfasın.
N
- Nə əkərsən, onu biçərsən.
- Nə qoyuna gedər, nə qapıda hürər.
S
- Sənət insan üçün xəzinədir.
- Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.
- Sözün ilə işin bir olsun.
T
- Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
- Tənbələ iş buyur, o sənə nağıl danışsın.
- Tənbəllik azar artırar, işləmək canı saf eylər.
- Torpaq deyər: "Öldür məni, dirildim səni!"
U
- Uzaqdan baxana döyüş asan gələr.
- Uzaqdan zurna səsi xoş gələr.
- Ustadına gəc baxanın gözlərinə qan damar.
- Usta görməyən şagirdin gözü əllərdə qalar.
- Uşağa iş buyur, ardınca yuyur.
H
- Halva-halva deməklə ağız şirin olmaz.
Ç
- Çala-çala çalağan olar.
- Çalışqan əl nəyə dəysə qızıl olar.
- Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.
C
- Cəfa çəkməyən səfa görməz.
- Cəhrə əyirsən don yiyəsi olarsan.
Y
- Yalançının evi yandı,heç kəs ona inanmadı
- Yetim əlində qoğal əcaib