atalar suzu umid, arzu və istək haqqında

یازار : ay han

+0 به یه ن

Ümid, arzu və istək haqqında


Adam adam sayəsində adam olar.
Adamın gərək dili ilə ürəyi bir ola.
Adamın tamarzısı, Hər kəsin öz arzusu.
Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
Allaha əl çatmır, padşaha söz.
Allahdan buyruq, Ağzıma quyruq.
Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.
Aman istəyənin boynun vurmazlar.
Arzu bir, ümid iki.
Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
Atın izi itin izinə qarışmaz.
At ölüb, itlərin bayramıdır.
Axtaran tapar, yoğuran yapar.
Ac toyuq yuxuda darı görər.
Bağbanın könlü olsa, nə gəlib bağda bara.
Bal tutan barmaq yalar.
Balıq istəyən özünü suya vurar.
Başına gələn başmaqçı olar.
Başını keçəl eləmə, Hər keçəlin taleyi bir olmaz.
Bizim evdə də bir gün bayram olar.
Boş çanağı vurur dolu çanağa.
Boyunduruq bilir, öküz nə çəkir.
Bu arxa bir su gəlib, ümid var bir də gələ.
Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.
Qabaqca danışma!
Qarğa cəmdək üstə yığılar.
Qoyunu qurda tapşırıb.
Qulağının dibini görəndə...
Quyuya su tökməklə quyu sulu olmaz.
Qurunun oduna yaş da yanır.
Dağ dağa qovuşmaz, insan insana rast gələr.
Dama dama göl olar, dada dada heç.
Diş tutmayanı, dodaq tutmaz.
Dəvə bir fikir eləsə, sarban iki fikir elər.
Dəvənin quyruğu yerə dəyəndə işim düzələr.
Dəlidən doğru xəbər.
Dərdlərə dərman olub, dərmansız qalan canım.
Dovşanı araba ilə tutur.
Düzdə gəzdi hərləndi, Gəldi dağa dirəndi.
Elə bil biyara gedir.
Eşit, inanma.
Əli aşından da oldu, Vəli aşından da...
İki qoçun başı bir qazanda qaynamaz.
İgidin vurmamazlığına bax, daşın böyüyündən yapışır İlanı Seyidəhməd əli ilə tutur.
İnək bir, sağan iki.
İnsan istəsə dağı dağ üstə qoyar.
İstədi qaşın qayıra, vurdu gözün çıxartdı.
İstədiyini deyən, istəmədiyini eşidər İstədi çıxa dağ başına, daş düşdü sağ başına.
İstəyənin bir üzü qara, verməyənin iki üzü.
İstək gözdə olar, məhəbbət ürəkdə.
İstərəm dosta varam, əlim boş, üzüm qara.
İt dəmirçi dükanından nə aparar?
İt də getdi, ip də getdi.
Yağ yağa qarışdı, yarmalar yavan qaldı.
Yağışdan çıxdıq, yağmura düşdük.
Yazıya pozu yoxdur.
Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən.
Yel aparan yelinki, Yerdə qalan mənimki.
Yeməkdən ümid yaxşıdır.
Yıxılan ağaca balta çalan çox olar.
Yuxarı başda yer yoxdur, aşağı başda da oturmur.
Keçənə güzəşt deyərlər.
Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir.
Könülsüz işin axırı olmaz.
Köpəyin qarnı tox gərək.
Kötük üstündə çox budaqlar doğranıb.
Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır.
Göz görmək üçün, könül seçmək üçündür.
Göz görmür, üz utanmır.
Gözü boynunun ardını görəndə...
Gün batdı - bat, gün çıxdı - çıx!
Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun.
Nə doğrarsan qabına, o çıxar qaşığına.
Nə əkərsən, onu biçərsən.
Niyyətin hara, mənzilin ora.
Od yanan yerdən işıq gələr.
Olan olub, keçən keçib.
Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
Öz-özünü oda yaxır.
Öz-özünü bəyənən ağam vay.
Ölmə eşşəyim, yaz gələr yonca bitər.
Pis günün ömrü az olar.
Pişiyin ağzı ətə çatmayanda deyər iy verir.
Samanlıqda iynə axtarır.
Səbr ilə halva olar, ey qora səndən, bəsləsən atlaz olar tut yarpağından.
Sınan gəmiyə nə külək.
Suda boğulan saman çöpündən yapışar.
Tez duranla tez evlənən uduzmaz.
Toyun axırında zurna belə səslənər.
Toydan sonra nağara, xoş gəldin, bayram ağa.
Toyun əvvəlinə getmə, axırına da qalma.
Toyunda qəlbirlə su daşıyım.
Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi.
Tula itdən də murdar.
Ucuz ətin şorbası olmaz.
Ürək götürməyəni, əl götürməz.
Fikirdən iti gedən şey yoxdur.
Xəstə tələsər, armud vaxtında dəyər.
Haray üzülən canım, İpə düzülən canım.
Heç kəsin çırağı axıracan yanmayıb...
Hər aydınlığın bir qaranlığı var, Hər qaranlığın da bir aydınlığı.
Hər arzu yerinə yetməz.
Hər quşatan, ovçu Pirim olmaz.
Hər deyilənə inanmazlar.
Hərə öz atını minib çapır.
Hər için öz yeri, hər sözün öz məqamı var.
Hər parıldayan qızıl olmaz.
Hər saatın bir hökmü var.
Çarx dolanır, gün keçir.
Çıxmayan cana ümid çoxdur.
Çobanın meyli olsa, təkədən pendir tutar.
Yanan yerdən tüstü çıxar.

  • [ ]

  • اهرریقره داغ - ار��بارانابزار آتا بابا سوزلری برای وبلاگ ها و سایت ها