atalar suzu Ehtiyat və sayıqlıq haqqında

یازار : ay han

+0 به یه ن

Ehtiyat və sayıqlıq haqqında


Ağzı əyrini boynunun ardından tanımaq olar.
Arifə bir işarə, qanmaza min toppuz.
At oğurlanandan sonra axur nəyə gərək.
Bir ağızdan çıxan min ağıza yayılar.
Bir daş altda, bir daş üstdə.
Qarğa, qarğa, məndə qoz var.
Qaçırılan fürsət ələ düşməz.
Qurdun qonağlığına get, köpəyi də yanınca apar.
Daldan atılan daş topuğa dəyər.
Düşmən zəif olsa da, ehtiyatı əldən vermə.
Ev bizim, sirr bizim.
Ehtiyat igidin yaraşığıdır.
Ehtiyatlı oğulun anası ağlamaz.
Eşitdiyinə inanma, gördüyünə inan.
İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı.
Yatan itləri oyatma.
Yerin də qulağı var.
Yoldan çıxanı yol vurar.
Yüz ölç, bir biç.
Nə göz görsün, nə ürək bulansın.
Nə eşitsin, nə də qanı qaralsın.
Nə yada sirrini ver, nə namərdə bel bağla.
Nə görsün, nə də hürsün.
On dəfə eşitməkdən, bir dəfə görmək məsləhətdir.
Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.
Pusquda oturan yatmaz.
Sirr açandan el qaçar.
Sirrini demə dostuna, dostunun da bir dostu var.
Sonrakı peşmançılıq fayda verməz.
Soruşan dağları aşar, Soruşmayan düzdə çaşar.
Xalam bildi - aləm bildi.
Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın.

  • [ ]

  • اهرریقره داغ - ار��بارانابزار آتا بابا سوزلری برای وبلاگ ها و سایت ها