A-dan Z- yə Atalar sözləri
یازار : ay han

A-dan Z- yə Atalar sözləri
A
- Abad kənd tüstüsündən bilinər.- Abdalın qarnı doyunca, gözü qapıda qalar.
- Abır istəsən çox demə, Sağlıq istəsən çox yemə.
- Abırlı abrından çəkinər, abırsız nədən çəkinər.
- Abırsızdan abrını gözlə.
- Avara qonaq ev yiyəsini də avara qoyar.
- Ağa gətirər navala, xanım tökər çuvala.
- Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm..
- Ağac bar verəndə başın aşağı dikər.
- Ağac dibindən su içər.
- Ağac meyvəni dəyənə qədər böyüdər.
- Ağac olan yerdə budaq sınar.
- Ağac səmtinə yıxılar.
- Ağac sınanda budaq nəyə gərəkdir?!
- Ağac əyildi, sındı, igid əyildi, öldü.
- Ağacı qurd içindən yeyər.
- Ağalıq verimlədir, igidlik vurumla.
- Ağzı əyrini boynunun ardından tanımaq olar.
- Ağzına bax, tikə kəs.
- Ağzına çullu dovşan sığışmır.
- Ağzının qaytanı yoxdur.
- Ağlı olan məscidə getməz.
- Ağlı olan qışın qeydinə yayda qalar.
- Ağıl ağıldan üstün olar.
- Ağıl başda olar, yaşda olmaz.
- Ağıl çox-pul yox, ağıl yox- pul çox.
- Ağıllı baş hər şeydən mənfəət götürər.
- Ağıllı qəm yeyər, ağılsız qamçı.
- Ağıllı düşmən nadan dostdan yaxşıdır.
- Ağıllı olan bir dəfə aldanar.
- Ağır otur, batman gəl.
- Adam adam sayəsində adam olar.
- Adam aşını-işini bilməlidir.
- Adam var ki, adamların naxşıdır, Adam var ki, heyvan ondan yaxşıdır, Adam var ki, dindirərsən can deyər, Adam var ki, dindirməsən yaxşıdır.
- Adam var gözdən qızar, Adam var sözdən qızar.
- Adam yanıla-yanıla öyrənər.
- Adam yıxıldığı yerdən qalxar.
- Adam odur ilqarından dönməyə.
- Adam olmayan yerdə adamdır.
- Adamın başına nə bəla gəlsə, dilindən gələr.
- Adamın gərək dili ilə ürəyi bir ola.
- Adamın tamarzısı, Hər kəsin öz arzusu.
- Adamın üzünə baxarlar, halını xəbər alarlar.
- Adın nədir? - Rəşid! Birin de, birin eşit!
- Adı it dəftərində də yoxdur.
- Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.
- Aza qane olmayan çoxa çatmaz.
- Azançının azanı, kor mollanın qazanı.
- Ay doğar gədiyindən, Utan, bir dediyindən.
- Ay fələk, batmanı elədin çərək.
- Ayağı nərdivana bir-bir qoyarlar.
- Aydan arı, sudan duru.
- Ayı qandı, abid qanmadı.
- Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
- Al-ver deyiblər, al-vermə deməyiblər.
- Ala itdən məşhurdur.
- Aldığını verməz, bildiyini deməz.
- Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər.
- Alim olmaq asandır, adam olmaq çətin...
- Alıcı quş dimdiyindən bilinər.
- Allah kasıbın qənimidir.
- Allah kərimdir, quyusu da dərindir.
- Allaha əl çatmır, padşaha söz.
- Allaha ümid bağlayan şamsız qalar.
- Allahdan buyruq, Ağzıma quyruq.
- Allahın adı var, özü yox.
- Allahsız yerdə otur, böyüksüz yerdə oturma.
- Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.
B
- Bir napakdan qorun, bir də köpəkdən.- Bir tikəni bilməyən, min tikəni də bilməz.
- Bitmiş işdən gül iyi gələr.
- Bığdan götürüb, saqqala qoyur.
- Boyunduruq bilir, öküz nə çəkir.
- Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
- Boşdan bir çıxar, bərkdən iki.
- Boş çanağı vurur dolu çanağa.
- Böyük danışanda kiçik danışmaz.
- Böyük danışanı kiçik götürər.
- Böyüyə hörmət vacibdir.
- Böyüyün sözündən çıxmazlar.
- Böyük sözünə baxmayan baxımsız qalar.
- Böyük tökəni kiçik yığar.
- Bu arxa bir su gəlib, ümid var bir də gələ.
- Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
- Buğda göstərir, arpa satır.
- Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...
- Bu dünyada şirin şey bir anadır, bir vətən.
- Bu əlin rənci, o ələ haramdır.
- Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz.
- Bu günün işini sabaha qoymazlar.
- Burda mənəm, Bağdadda kor xəlifə.
- Burnun girməyən yerə başını soxma.
- Bu uşaqlıq deyil, şıltaqlıqdır.
- Bülbülü saldılar qəfəsə dedi: "Ay vətən, ay vətən", buraxdılar, qondu tikan koluna, dedi: "Can vətən, can vətən"
V
- Vay bu başdan, vay o başdan.- Vay o kişinin halına ki, yeməyə, içməyə, saxlaya arvadının sonraki ərinə.
- Vay o gündən ki, adamın öz iti özünü qapa.
- Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün.
- Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa.
- Vay o sürüsünün halına ki, canavardan çobanın təyin edələr.
- Vay ondadır ki, varlı evinə yoxsul girə.
- Vay ölənin halına.
- Var adama oyun öyrədər.
- Var axar, yox baxar.
- Var var üstündən gələr.
- Var evi - kərəm evi, yox evi - vərəm evi.
- Var günün dostu çox olar.
- Vara var deyərlər, yoxa yox.
- Vardan - yoxdan çıxıb.
- Vardır pulun - hamı qulun, yoxdur pulun - açıqdır yolun.
- Varı olan taxar, varı olmayan baxar.
- Varını verən utanmaz.
- Varını itirən az şey itirər, namusunu itirən çox şey.
- Varlı arabasını dağdan aşırar, yoxsul düz yerdə yolunu çaşar.
- Varlı varından pay versə, varsız da varlı olar.
- Varlı yoxsullaşanda əlli il dəstgahını pozmaz.
- Varlı kisəsini döyər, kasıb dizini.
- Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
- Varlı umduğunu yeyər, kasıb olduğunu.
- Varlığa güvənməzlər.
- Varlığa nə darlıq?!
- Varlığa tələsən, yoxsulluğa tez düşər.
- Varlığın sonu ilə yoxluğun sonu birdir.
- Varlıya toxun keç, yoxsuldan qorun, keç.
- Varlının arvadı öləndə yorğan döşəyi təzələnər, kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar.
- Varlının varı gedər, muzdurun canı.
- Varlının eşşəyi də yeyin gedər.
- Varlının əlini bıçaq kəsəndə yoxsul köynəyini parçalar.
- Varlının iti harın olar.
- Varlının könlü oluncaya qədər kasıbın canı çıxar.
- Varlının malı, kasıbın övladı.
- Varlının torpağından çay keçər, kasıbınkından yol.
- Varlının xoruzu da yumurtlayar.
- Varlının çörəyi kasıbın çənəsini yorar.
- Varsa əgər hünərin, hara getsən var yerin.
- Varını verənin kisəsi boş qalar.
- Vaxt atlı, biz piyada.
- Vaxt vaxtı gözləyər.
- Vaxt qənimətdir.
- Vaxt qızıldır, bir dəqiqəsini də boş qoymaq olmaz.
- Vaxt ikən oxu, aşıq, el gələr, tünlük olar.
- Vaxt insana hər şeyi öyrədər.
- Vaxtdan gileylənmə, vaxtın gedər.
- Vaxtı boş olanın sözü çox olar.
- Vaxtı itirsən hədər, görərsən böyük zərər.
- Vaxtın qiyməti yoxdur.
- Vaxtın qiyməti puldan bahadır.
- Vaxtında atılan tüfəngin səsi vaxtsız atılan topun səsindən üstündür.
- Vaxtında görülməmiş iş həmişə görülməmiş qalar.
- Vaxtını itirən bəxtini itirər.
- Vaxtsız açılan gül tez solar.
- Vaxtsız banlayan xoruzun başını kəsərlər.
- Vaxtsız qonaq öz kisəsindən yeyər.
- Ver abbasını, ye halvasını.
- Verdiyi abbasıya bax, etdiyi tələbə.
- Verdiyi anda bax, gördüyü işə.
- Verdiyin əl ilə al!
- Verdiyin iki şahı, zərbaf çıxmayacaq ki!
- Verdiyin sənindir, vermədiyin özgənin.
- Verdim bir dana, aldım bir sona, ay qız anası, qal yana-yana
- Verdin doydur, vurdun yıx.
- Verən əl alan əlin üstündə olar.
- Verən əl ac qalmaz.
- Verən əli də var, vuran əli də.
- Verən əli hər kəs öpər.
- Verəndə imam olur, alanda Şümür.
- Verəndə elə verər, alanda belə alar.
- Verəndə yaxşısan, verməyəndə pis.
- Verərsən adındır, yeyərsən dadındır dala qoyulanı it yeyər.
- Verərsən ətdən-mətdən, işlərəm bərkdən-bərkdən, verərsən şordan-mordan, işlərəm ordan-burdan.
- Verərsən pendir, eylərəm kəndir, verərsən aş, eylərəm baş.
- Verib yaman olunca, verməyib yaman ol.
- Verilən aşı yeyərlər.
- Verim vara baxmaz.
- Verim əli hamı əldən ucadır.
- Verirlər al , döyürlər qaç.
- Vermə nisyə, girməz kisəyə.
- Vermədi Məbud, neyləsin Mahmud?!
- Verməz doqquzu, yeyər toppuzu, verər otuzu.
- Vədə xilaf olma.
- Vədəsi bitmiş nökərin əcəli yetən ağası gərək.
- Vəziri qarğa olanın ağzı zibillikdə olar.
- Vəzifə daimi deyil.
- Vəzndə yüngül, qiymətdə ağır.
- Və'z oxumaq asan işdir, əməl eləyən gərək.
- Vəl gərək gözəl döyə, gözəldən buğda çıxa.
- Vələ gedən öküzün olsun, işə getməyən oğlun olmasın.
- Vəsiyyət yüngüllükdür.
- Vəsmə bol olanda qaşa da çəkərlər, gözə də.
- Vətən elin evidir.
- Vətən mülkü doğmadır, özgə diyar ögey.
- Vətəndən ayrı düşsəm, viran ollam, talannam.
- Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.
- Vətənə gəldim, imana gəldim.
- Vətənə məhəbbət iman əsəridir.
- Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
- Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.
- Vətənin sevməyən insan olmaz, olsa, ol şəxsdə vicdan olmaz.
- Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
- Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
- Vicdan bazarda satılmaz.
- Vicdanla işləyən gözükölgəli olmaz.
- Vücudu dönüb kimyaya.
- Vücudu bir qəpiyə dəyməz.
- Vur babam, dövran sənindir.
- Vur dedim, öldür demədim ki?
- Vur qırxı, gedər qorxu.
- Vur deyənlə, vuran yarıdır.
- Vura bilməyən daşın böyüyünü götürər.
- Vuran əlin var olsun!
- Vuran əlin dirəyidir.
- Vuran igid dayısına gəyişməz.
- Vuran öküzə allah buynuz verməz.
- Vuraram ölər, kiş deyərəm getməz.
- Vurur daşa, çıxır başa.
- Vuruşun kor vuruşuna oxşamır.
İ
- Eyni güldən ilan zəhər, arı bal çəkər.- İlanın ağınada lənət qarasınada.
- İlan ulduz görməsə ölməz.
- İlan vuran ala çatıdan qorxar
- İlan adamın topuğunu, adam ilanın başını gözlər
- İlan getsin balasi da daliycan
- İlanın başı ağrıyanda yolun ortasında yatar
- İlan hara əyri getsədə öz yuvasına düz gedər(?)
- Hökümdarlar ilanlar kimidir: zəhər də, dərman da onların əlindədir.
- İstəyirsən bal çörək - al əlinə bel, kürək...
- İşi başlayan yarıda qoymaz.
- İşlək at arpasını artırar.
- İşləməyən dişləməz.
- İşləmək dərdindən yeməyə həsrət canım.
- İşlənməyən dəmiri pas tutar.
- İş insanı safa çıxardar.
- İş ustasından qorxar.
- İş insanın cövhəridir.
Q
- Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz.- Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.
- Qabil şagird ustal olar ustada.
- Qazan qarası gedər, üz qarası getməz.
- Qaz vur, qazan doldur.
- Qazı da bilir, quzu da
- Qazıdan qardaş olmaz.
- Qazıya yalqız gedən razı gələr.
- Qaydanı pozan peşiman olar.
- Qayınananın gücü qızına çatar.
- Qalan işə qar yağar.
- Qamış ola, gomuş ola, görməmiş ola...
- Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən.
- Qanı qan ilə yumazlar, qanı su ilə yuyarlar.
- Qanmaza qoşulanı qanmaz çağırarlar.
- Qanmaza hörmət edərsən, deyər:-Məndən qorxur.
- Qapan it dişin göstərməz.
- Qapıdan qovursan, bacadan gəlir.
- Qaraçı bir ələk verib, elə bil evə dirək verib.
- Qarğa, qarğa, məndə qoz var.
- Qarğa özün quş bilir, xaşıl özünü aş.
- Qarğa çəmdək üstə yığılar!
- Qarı düşmən dost olmaz.
- Qarın başa bəladır.
- Qarın qardaşdan irəlidir.
- Qarın səndən aşağıdır.
- Qarnı tox olan qayğısız olar.
- Qafil yaşamaqdan ölmək yaxşıdır.
- Qaçanı qovmazlar. Qaçırılan fürsət ələ düşməzz.
- Qeyrəti olan torpağı qızıla döndərər.
- Qəlb odur ki, qəlbindəkin deməyə...
- Qələm qılıncdan itidir.
- Qələm əyri yonulsa da, düz yazar.
- Qələmin ucu, qılıncın gücü.
- Qələm yazanı qılınc poza bilməz.
- Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin.
- Qız evlərdə tanınar, ipək dəzgahda.
- Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
- Qılıqlı min ev yeyər, qılıqsız bir evi də yeyə bilməz.
- Qırqovul kimi başını kola soxub, elə bilir görünmür.
- Qoyun quzusunun ayağını basmaz.
- Qoyunu qurda tapşırıb.
- Qonaq bu il burdadır, gələn il də sərasər.
- Qonağa get deməzlər, altından palazı çəkərlər.
- Qonşu qonşuya baxar, Canını oda yaxar.
- Qonşu qonşu olsa, kor qız ərə gedər.
- Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.
- Qonşunu iki inəkli istə, özün bir inəkli olasan.
- Qonşu iti qonşuya hürməz.
- Qonşu payı dolu gələr, dolu gedər.
- Qonşum sağ olsun, ocağından od verməsin.
- Qonşu muncuğunu götürən onu ancaq korda taxar.
- Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər.
- Qonşunun haqqı axirət haqqıdır.
- Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
- Qorğaya öyrənən çərəzsiz qalmaz.
- Qorxaq qaçar hay gəlməmiş, Çırmanar keçməyə çay gəlməmiş.
- Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.
- Qorxaq nə zərər eylər, nə mənfəət.
- Qorxaq öz kölgəsindən də qorxar.
- Qorxaq hər şeyi dörd görər.
- Qorxan gözə çöp düşər.
- Qorxan öküz cütə getməz.
- Qorunan baş salamat olar.
- Qorxu adama yalan dedirdər.
- Qorxu başa bəladır.
- Qorxursansa pişikdən, Niyə çıxırsan deşikdən.
- Qoçdan qoç törər.
- Qoç döyüşünə qoç dözər.
- Qoç igid qurddan çəkinməz.
- Qoçun buynuzu qoça ağırlıq eləməz.
- Qoca başqa, qocaman başqa.
- Qoca qurd kahasından çıxmaz.
- Qocadan demək, Cavandan əmək.
- Qoca evin sütunudur.
- Qocaya hörmət elə, sən də qocalacaqsan.
- Qocanın biliyi, cavanın biləngi.
- Quzusuna qıymayan kabab yeyə bilməz.
- Quyu var, suyu yox.
- Quyuya su tökməklə quyu sulu olmaz.
- Qulağının dibini görəndə...
- Qur'anı yerə qoyarlar, çörəyi taxçaya.
- Qurbansız bayram olmaz.
- Qurdun qonaqlığına get, köpəyi də yanınca apar.
- Qurddan qorxan qoyun saxlamaz.
- Qurddur, qoyun dərisinə girib.
- Qurunun oduna yaş da yanır.
- Quş var ətin yeyərlər, quş var yedirdərlər.
- Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.
- Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
- Qürbətdə xan olunca, vətənində dilən, gəz.
D
- Dağarcığını çuval yanına qoyur.- Dağ dağa qovuşmaz, insan insana rast gələr.
- Dağ yeri-duman yeri, Yurd yeri-güman yeri.
- Dağlar başına qış, İgid başına iş.
- Dadanan qudurandan pis olar.
- Daldan atılan daş topuğa dəyər.
- Damara bax, qan al.
- Dama-dama göl olar, axa-axa sel olar.
- Dam dirək üstə durar.
- Danışıq dananı qurda verər.
- Danışmaq gümüş, danışmamaq qızıldır.
- Danışıram pis olur, Danışmıram his olur.
- Dedi-qodu ev yıxar.
- Demək olmur gözün üstə qaşın var.
- Dedim bir ağız ağla, demədim eli güldür bizə.
- Dedim eşidəsən, demədim öyrənəsən!
- Deyə-deyə dilimdə tük bitdi.
- Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
- Dəvə bir fikir eləsə, sarban iki fikir elər.
- Dəvənin quyruğu yerə dəyəndə işim düzələr.
- Dəvə yaxını otlar, uzağı gözlər.
- Dəymişin qoyub, kalın dərir.
- Dəli qazandı, ağıllı yedi.
- Dəli qırmızı sevər, gic sarı.
- Dəli dəlini görəndə çomağını yan tutar.
- Dəlidən doğru xəbər.
- Dəmir sürtüldükcə parıldar.
- Dərvişin fikri nə isə, zikri də odur.
- Dərviş yabısı hər evin yolun tanıyar.
- Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır.
- Dərviş olan dilriş olar.
- Dərviş öz evini çiynində gəzdirər.
- Dərdlərə dərman olub, dərmansız qalan canım.
- Dərə xəlvət, tülkü bəy.
- Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
- Dil yalançı olunca, lal olsa yaxşıdır.
- Dil yanılar, doğrusunu deyər.
- Dil yarası qılınc yarasından yamandır.
- Dil ürəyin açarıdır.
- Dinəndə pis olur, dinməyəndə dərd kəsir.
- Dini yeyib, imanını dalına alıb.
- Diriyə hay verməz, ölüyə pay.
- Diş tutmayanı, dodaq tutmaz.
- Dığ-dığ adamı azara salar.
- Dovşanı araba ilə tutur.
- Doğma yurd şirin olar.
- Doğru danışanın papağı yırtıq olar.
- Doğru dostluq qərəzsiz olar.
- Doğru elə bilər hamı doğrudur.
- Doğru yalanı qovar.
- Doğruya zaval yoxdur, çəksələr min divana.
- Doğruluqla dost qapısın dolan gəl, öz evin kimi.
- Doğru söz acı olar.
- Doğru sözdən xəta gəlməz.
- Doğru söz dəmiri dələr.
- Dolunu yeyib, boşa təpik atır.
- Dost başa baxar, düşmən ayağa.
- Dost dost ilə tən gərək, Tən olmasa gen gərək.
- Dost dosta yaman gündə gərəkdir.
- Dost ziyankar olmaz, ziyankar da dost olmaz.
- Dost yaman gündə tanınar.
- Dost yolunda boran olar, qar olar.
- Dost yolunda can qurban.
- Dostluqla tutub, düş mənliklə yıxma.
- Dost min isə azdır, düşmən bir isə çoxdur.
- Dostun versə qum, Al ovcunda yum
- Dözən döş yeyər.
- Duzu yeyib, duzqabını sındırır.
- Düzdə gəzdi hərləndi. Gəldi dağa dirəndi. Düzlük xoşbəxtliyin açarıdır.
- Düzlük uzanar, qırılmaz.
- Düz sözə boynum qıldan nazikdir.
- Düşmən zəif olsa da, ehtiyatı əldən vermə.
- Ev alma, qonşu al.
E
- Ev bizim, sirr bizim.- Eyibli öz eybini bilsə, başına kilim örtər.
- Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.
- El ağzını bağlamaq olmaz.
- El ağzı faldır.
- El arxası çəmən olar.
- El atan daş dağdan aşar.
- El atan daşa güc düşməz.
- El tutanı ər tutar, Ər atanı el atar.
- El qapısı həm gec, həm güc açılar.
- El bir olsa, zərbi kərən sındırar.
- El dəlisini çölə atmaz.
- El elə dayanıb, tənbəl indi oyanıb.
- El elə sığışar, ev evə sığışmaz.
- El elin aynasıdır.
- Elə arxalanan igidin arxası yerə dəyməz.
- Elə bilir yuxa arasında halva var.
- Elə elə ki, nə şiş yansın, nə kabab.
- Elə yerdə otur, altına su çıxmasın.
- Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.
- Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz.
- Elimə qalsın, günümə qalmasın.
- Elin eybini saxlamayan sənin də eybini saxlamaz.
- Elin gözü sərraf olar.
- Elin gücü bir olsa, düşməni dara çəkər.
- Elin oğlu yumurtaya qulp taxar.
- El keçən körpüdən qorxma, sən də keç.
- El köcdü, oba qaldı.
- El gözündən düşən boy atmaz.
- El gözündən düşən gözsüz qalar.
- El gücü, yel gücü, sel gücü.
- Ellərə gülən canım, indi olub el gülüncü.
- Elm ağılın çırağıdır.
- Elmin gücü, Yıxar bürcü.
- El oğrusuz, çöl qurdsuz olmaz.
- El öz dəlisini tanıyar.
- El sevəni aləm sevər.
- Elsiz dağ viranədir.
- El tikəni yel yıxa bilməz.
- El harda, sən də orda.
- El çalan zurnanın səsi uzağa gedər.
- Ehtiyat igidin yaraşığıdır.
- Ehtiyatlı oğulun anası ağlamaz.
- Eşitdiyinə inanma, gördüyünə inan.
- Eşşək palçığa bir dəfə batar.
Ə
- Ədəb bazarda satılmaz.- Ədəbi kimdən öyrəndin, ədəbsizdən.
- Əvvəl arxı tullan, sonra bərəkallah de.
- Əvvəl danış, sonra gül.
- Əvvəldən nə idi hüsnü-camalı, indi olub dəli Bayramlı.
- Əvvəl düşün, sonra danış.
- Əvvəl zəhmət çəkən, sonra rahat olar.
- Əzizim əziz, tərbiyəsi ondan əziz.
- Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
- Əkiblər yemişik, əkərik yeyərlər.
- Əldən qalan əlli il qalar.
- Əli aşından da oldu, Vəli aşından da...
- Əli ələ vurarsan, səs çıxar.
- Əlindən bir iş gəlməyən on danışar.
- Ərkəsöyün böyüyən oğul avara olar.
- Əsli, nəcabəti olmayana qamçı neylər?
- Əməksiz yemək olmaz.
- Ətə pul verməz, küftənini böyüyündən yapışar.
- Ət ilə dırnaq arasına girən iyiyər çıxar.
- Əhl ilə daş daşı, naəhl ilə yemə aşı.Zalıma rəhm etmək, məzluma zülm etməkdir.
Z
- Zalımın zülmü yadında qalmaz.- Zalımın ömrü az olar.
- Zaman axıb gedir, amma hər işini qurtarıb getmir.
- Zaman bir nəhrdir axar, durmaz.
- Zaman zamana uymaz.
- Zaman ilə hesablaşmaq gərək.
- Zaman keçər, söz qalar.
- Zaman pul deyil, onu qaytarmaq olmaz.
- Zaman səbirlidir.
- Zahid buraxıb məscidi meyxanəyə gəlməz. Bayquş yaranandan bəri viranə üçündür.
- Zatı qırıqdır.
- Zatına da, südünə də bələdəm.
- Zahid məni aldatma, cəhənnəmdə od olmaz, onlar ki, yanırlar, odu burdan aparırlar.
- Zahidin bir barmağın kəssən, dönər haqqdan qaçar!
- Zahirdən batinə yol var.
- Zahiri gözəllik müvəqqətidir.
- Zahiri gözəl, batini-çirkin.
- Zəlzələni görən yanğına razı olar.
- Zəmanə adamı deyil.
- Zəmanə adamı öyrədir.
- Zəmanə dəyişdikcə adamlar da dəyişir.
- Zəmanə ilə hesablaşmaq gərəkdir.
- Zəmanəyə uymaq gərək.
- Zənburun dəvəsidir.
- Zəngbar talanı deyil ki?!
- Zər qədrini zərgər bilər.
- Zər ilə olan, zor ilə olmaz.
- Zərd bəzərəkdən (kətan toxumundan) yağ çıxardar.
- Zərər zəhərdən acı olar.
- Zərər oddan yamandır.
- Zərərdən qorxan dükan açmaq.
- Zərərdən qorxan xeyr görməz.
- Zərərin bir başı var.
- Zərərin yarısından qayıtmaq da xeyirdir.
- Zəri də var, zoru da.
- Zərgər dükanının tozu da qızıl olar.
- Zərlə gözəllik almaq olmaz.
- Zərrə qədər iman, dünya qədər günah.
- Zərurət insana hər şeyi öyrədər.
- Zərrəcə eşqi olanın dəryaca tabı gərək.
- Zəhər zəhəri öldürər.
- Zəxirəsin (ərzağın) fikr eyləyən peşiman olmaz.
- Zəhər gələndə acı qaçar.
- Zəhmət yemək istəmir, amma özü yedirdir.
- Zəhmət olan yerdə qeybət olmaz.
- Zəhmət-torpaqda, nemət-süfrədə.
- Zəhmət çəkən bal yeyər.
- Zəhmət çəkməyən bal yeməz.
- Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.
- Zəhməti bülbül çəkər, gülü qucar xar.
- Zimistan çəkməyən bülbül baharın qədrini bilməz.
- Zindan olub altda qalmaqdansa, çəkic ol, üstdə ol.
- Zindana səbr eyləyən, axır taxta çıxar.
- Zirəyə getdin çörək götür, Zirədən çıxdın ayaq götür.
- Zirək quş dimdiyindən tələyə düşər.
- Zirəklik comərdlik gətirər.
- Zirəm, sənə su verrəm, bu gün verrəm, sabah verrəm, özüm billəm.
- Zirəni Kirmana aparır.
- Zor qapıdan girəndə, dad bacadan çıxar.
- Zor ilə köpək sürüyə getməz.
- Zor ilə gözəllik olmaz.
- Zor gələndə qanun qaçar.
- Zor oyunu pozur.
- Zora dağlar dayanmaz.
- Zora xanların da borcu var.
- Zorlu-zorlu, çaxmaqdı, qozdu, əvvəldən eşqi vardı indi vurdu soyudu.
- Zorən təbib olmaz.
- Zorla gedən köpək qoyuna fayda verməz.
- Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?
- Zehnim kor olub.
- Zurna görür-zurnaya yapışır, dəf görür-dəfə.
- Zurnada pişro olmaz, bəxtinə nə çıxsa çal.
- Zurnanı versən naşı əlinə, gen tərəfdən püfləyər.
- Zurnanın səsi uzaqdan xoş gələr.
- Zurnaçı dəfli olar.
- Zurnaçı zorunu püfünə verər.
- Zurnaçı oğlu zurnaçı olar.
- Zurnaçının göz nəyinə gərək?
- Zülm ərşə dayanıb!
- Zülm yerdə qalmaz.
- Zülm ilə abad olan, bir gün gələr bərbad olar.
- Zülm ilə bərbad olan, ədl ilə abad olar.
- Zülmət daşıdır: götürən də peşmandır, götürməyən də.
- Zülmün axırı olmaz.
- Zınqırovlu dəvə itmək.
- Zınqırovu pişiyin boynuna kim asacaq?